Dizayn və layihələndirmə

Qrafik dizayn

Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir.

Ətraflı

İnteryer dizayn

İnteryer dizayner, müştərisinin estetika, funksionallıq və təhlükəsizlik kimi ehtiyaclarına cavab verə biləcək məkanlar dizayn edir. Onlar mebel dizaynı və yerləşdirilməsi, rəng palitrası, material seçimləri, rəsm əsərləri, işıqlandırma elementləri və dekorativ aksessuarlardan istifadə etməklə müxtəlif məkanlar yaradırlar. Müştərilərinə dizayndan əlavə, dizayn məsləhətləri də təqdim edirlər.

Ətraflı

Texniki layihələndirmə

Layihələrin tərtib edilməsi mebel və reklam layihələri üçün vaxta qənaət edir. Mühəndis müfəssəl plan yaratdıqdan sonra podratçılar tərəfindən verilən istehsal suallarına cavab verə bilər. Aydın plan çaşqınlığın qarşısını alır və istehsal prosesində vaxta və pula qənaət edir.

Ətraflı

Texniki Məsləhət və Audit

Texniki konsultasiya xidmətlərimizdən yararlanmaqla mebel və reklam həllərinizə ekspert baxışını təmin etməklə yanaşı, istehsalat prosesləri sonrasında quraşdırılmış həllərin auditi yoxlamasını da əldə etmiş olursunuz.

Ətraflı