Portfolio
 
  Adqoyma və sloqan
 
 
  Loqo
 
 
  Korporativ üslub
 
 
  Video
 
 
  Audio
 
 
  Küçə reklamı
 
 
  Mətbuatda reklam
 
 
  Bukletlər/Lifletlər
 
 
  İllik hesabatlar/Kataloqlar
 
 
  Təqdimat mərasimləri
 
 
  Qablaşdırma
 
 
  Təqvimlər
 
 
  Təbrik kartları/Açıqcalar
 
 
  Plastik kartlar
 
 
  Layihələr
 
  Video
 



  NBC Bank
NBC Bank üçün qrafik üslubda hazırladığımız bu filmdə futbol həyəcanı çox təsirli şəkildə əks etdirilmişdir.
 
ətraflı
     
  Akkord
Akkord Şirkətlər Qrupu üçün hazırladığımız bu film şirkətin əhaliyə təqdim etdiyi “Kosmos” qapalı yaşayış kompleksinin tanıdılması məqsədi daşıyır. Film demək olar ki, 3D qrafika əsasında hazırlanmışdır.
 
ətraflı
     
  Aycan
Gilan Holdinq şirkətlər qrupuna daxil olan Qəbələ Konserv Zavodunun sifarişi ilə hazırlanan, özünəməxsus müraciət tərzi ilə seçilən bu iş 11 qısa reklam filmindən ibarətdir.
 
ətraflı
     
  Azbentonit
Azebentonitin müxtəlif məhsullarını tanıdan bu 6 film çox dəqiq verilmiş mesajı ilə analoji reklamlardan kəskin fərqlənir. Belə ki, savad və bilik səviyyəsindən asılı olmayaraq istənilən şəxs bu reklama baxmaqla məhsulun ona nələri verə biləcəyini dərhal anlayır.
 
ətraflı
     
  Bank of Azerbaijan
Bank of Azerbaijan üçün hazırlanmış tizerlər və film bu bankın yeni adla və yeni sloqanla tanıdılmasında əhəmiyyətli rol oynadı. 
 
ətraflı
     
  Doymak
Bazara çox ciddi şəkildə daxil olan Doymak makaronlarının tanıdılması zamanı tizerlər və filmlər böyük rol oynadı.
 
ətraflı
     
  Embawood
Azərbaycanın və Qafqazın ən böyük mebel istehsalçısı olan Embawood şirkəti üçün hazırladığımız təqdimat filmində şirkətin ölkə ərazisində fəaliyyət göstərən mebel fabriklərində xammalın alınmasından tutmuş hazır məhsulun nəqliyyat vasitələrinə yüklənib göndərilməsinə qədər olan bütün istehsal-satış prosesi öz əksini tapmışdır. 
 
ətraflı
     
  Gilan Mağazası
Qəbələ Konserv Zavodunun Bakıdakı topdan və pərakəndə satış mərkəzi olan Gilan Mağazası üçün hazırladığımız bu film məlumatverici səciyyəlidir. 
 
ətraflı
     
  Helen Harper
Bu işi istər çəkiliş səviyyəsinə, istərsə də ssenarisinin gözəlliyinə görə çoxları Avropada çəkilmiş reklam filmi hesab edirdilər.
 
ətraflı
     
  I&R Telecom
Ölkəmizdə ən iri telefon mağazaları şəbəkəsinə malik iki şirkətdən biri olan I & R Telecom üçün iki qısa film, tizer və tamalayıcı film hazırlamışıq. Bu filmləri hazırlamaqda məqsəd şirkəti yeni loqosu və sloqanı ilə əhaliyə tanıtmaqdır. Filmlər qrafik üslubda hazılanmışdır.
 
ətraflı
     
  Jalə
Gilan Holdinq şirkətlər qrupuna daxil olan Qəbələ Konserv Zavodunun sifarişi ilə hazırlanan bu film qrafik üslubdadır. 
 
ətraflı
     
  Kapital Bank
Şirkətimizin ən iri müştərilərindəndir. Vitam Reklam Şirkəti olaraq Kapital bank üçün milli reklam bazarında öz orijinallığı ilə seçilən və uğurlu iqtisadi nəticələri olan bir sıra layihələrə imza atmışıq.
 
ətraflı
     
  Bank Nikoil
2005-ci ildə istehsal olunmuş bir neçə qısa filmdən ibarət olan bu iş həmin dövrdə bankın aktiv reklam siyasəti aparmasında böyük rol oynamışdır. 
 
ətraflı
     
  Qaradağ Sement
2006-cı ilin payızında bazarda kisə sementin qiymətinin süni şəkildə qaldırılmasına qarşı yönəldilmiş və əhalini sementin əsl qiymətləri ilə tanış etmək məqsədilə hazırlanmış bu flim qrafik üslubdadır. 
 
ətraflı
     
  Qidalı
Hazırda ölkəmizdə ən tanınmış halal kolbasa brendlərindən olan Qidalının yeni qablaşdırmalarda tanıdılması məqsədilə hazırlanmışdır. Film Bakı Metropolitenindəki monitorlarda uzun müddət nümayiş olunmuşdur.
 
ətraflı
     
  Rabitəbank
Rabitəbank üçün hazırladığımız filmlər böyük maraqla qarşılanmışdır. Xatırladaq ki, hər iki film qrafik üslubdadır. 
 
ətraflı
     
  Sahil Ticarət Mərkəzi
Bu film ticarət mərkəzinin genişliyini, müasirliyini, texniki imkanlarını, oradakı çeşid bolluğunu əyani surətdə göstərmək baxımından milli reklam bazarımızda ən uğurlu işlərdəndir. Elə bu səbəbdəndir ki, film bir ilə yaxın müddət ərzində efirdə getmişdir
 
ətraflı
     
  Sevimli Dad
Sevimli Dad mağazalar şəbəkəsinin Gəncə şəhərində yeni açılmış mağzasını əhaliyə tanıtmaq məqsədilə çəklimiş bu film həmin şəhərin yerli televiziyasında efirə getmişdir.
 
ətraflı
     
  Sonti
Sonti şirələri üçün hazırladığımız bütün filmlər hamısı qrafik üslubdadır və özünəməxsusuğu ilə analoji filmlərdən kəskin surətdə seçilir. 
 
ətraflı
     
  Thames Insurance Group
Azərbaycanın sığorta bazarında özünəməxsus yeri olan Temz Sığorta Şirkəti üçün gördüyümüz işlər bir-birindən tamamilə fərqlənsə də hamısı vahid bir fikri çox gözəl şəkildə ifadə etmişdir. 
 
ətraflı
     
  ZQAN Holding
Ölkəmizin ən iri şirkətlərindən olan ZQAN Holdinqin təqdimat filmi müasir tələblərə cavab verən bir səviyyədə hazırlanmışdır. Bu film vasitəsilə holdinqin bütün şirkətləri haqqında qısa məlumat əldə etmək olar.
 
ətraflı
     
  Xalqbank
3D qrafikanın imkanlarından məharətlə istifadə edilərək hazırlanmış filmdə əhaliyə Xalq bankın dörd plastik kartı təqdim olunur. 
 
ətraflı