Aycan Gilan Holdinqin istehsalı olan Aycan şirələri üçün hazırlanmış buklet qeyri-adi dizaynı ilə seçilir. Belə ki, bukleti açdıqda onun içərisində Aycan şirələrinin bütün çeşidlərinin şirə qabı formasındakı fotoşəkillərini görə bilərik. Hər bir fotoşəkilin arxasında məhz orada göstərilən şirənin tərkibi haqqında məlumat verilir. Bunlardan başqa bukletdə istehsalçı müəssisə haqqında da informasiya vardır.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi Öz imkanlarına görə Avropada ikinci olacaq Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin, onun imkanlarının tanıdılması məqsədilə hazırlanmış buklet istər mətn tərtibatı, istərsə də dizaynı baxımından qoyulan tələblərə tam cavab verir.
Bank of Azerbaijan Bankın yeni adla özünü və xidmətlərini təqdim etməsi məqsədilə hazırlanan buklet öz dizaynına görə bankın formalaşdırmaq istədiyi imici tam şəkildə əks etdirə bilmişdir.
I&R Telecom Bukletdə şirkətin keçirdiyi Eskpress 15 və Nömrə+ kampaniyaları, habelə Qızıl Zəmanət haqqında məlumatlar öz əksini tapmışdır. Dizayn informasiyaların dəqiq və cəlbedici şəkildə, sadə formada verilməsinə görə fərqlənir.
NBC Bank Flaer “Final həyəcanının mərkəzində” mövzusunu əks etdirməklə analoji reklam filminin məzmununu əhatə edir. Dizayn zamanı bankın korporativ rəngləri ilə Çempionlar Liqasının atributları arasında çox ustalıqla harmoniya yaradılmışdır.
Qidali Bu lifletdə Qidalı kolbasaları haqqında məlumatlar əsas ağırlıq təşkil edir. Buna görə də liflet əsasən informasiya ağırlıqlıdır və buna görə də dizayn rəngrəngliyinə malik deyildir.
Allsat Bukletdə olduğu kimi burada da əsas məqsəd Allsat online alış-veriş portalının xidmətlərini işıqlandırmaq idi və buna xeyli dərəcədə nail olunmuşdur.
Kapital bank Kapital bankın 2005-ci ildə həyata keçirdiyi Payız Marafonu kampaniyası haqqında məlumat verən liflet çinar yarpağı formasında dizayn edilmiş və insanlar tərəfindən maraqla qarşılanmışdı.