NBC Bank Çox cəlbedici bir dizayna malik olmaqla bərabər filmdə haqqında danışılan məsələləri qısa, yığcam, insanların ilk baxışdaca anlaya biləcəyi bir şəkildə əhatə dir.
NBC Bank Flaer “Final həyəcanının mərkəzində” mövzusunu əks etdirməklə analoji reklam filminin məzmununu əhatə edir. Dizayn zamanı bankın korporativ rəngləri ilə Çempionlar Liqasının atributları arasında çox ustalıqla harmoniya yaradılmışdır.
Aycan
Gilan Holdinqin istehsalı olan Aycan şirələri üçün hazırlanmış buklet qeyri-adi dizaynı ilə seçilir. Belə ki, bukleti açdıqda onun içərisində Aycan şirələrinin bütün çeşidlərinin şirə qabı formasındakı fotoşəkillərini görə bilərik. Hər bir fotoşəkilin arxasında məhz orada göstərilən şirənin tərkibi haqqında məlumat verilir. Bunlardan başqa bukletdə istehsalçı müəssisə haqqında da informasiya vardır.
ZQAN Holding Ölkəmizin ən iri şirkətlərindən olan ZQAN Holdinqin təqdimat filmi müasir tələblərə cavab verən bir səviyyədə hazırlanmışdır. Bu film vasitəsilə holdinqin bütün şirkətləri haqqında qısa məlumat əldə etmək olar.
Embawood Azərbaycanın və Qafqazın ən böyük mebel istehsalçısı olan Embawood şirkəti üçün hazırladığımız təqdimat filmində şirkətin ölkə ərazisində fəaliyyət göstərən mebel fabriklərində xammalın alınmasından tutmuş hazır məhsulun nəqliyyat vasitələrinə yüklənib göndərilməsinə qədər olan bütün istehsal-satış prosesi öz əksini tapmışdır.
BBVB Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Banklararası Valyuta Birjası üçün hazırladığımız bu təbrik kartı özünəməxsus dizayn üslubu ilə fərqlənir. Belə ki, təbrik kartına baxdıqda insan bir anlıq birja mühitinə düşür.
Catel CATEL birgə müəssisəsi üçün hazırlanmış 2008-ci ilin təqvimi rabitənin tarixi mövzusunu əhatə edir. İlin əvvəlindən sonuna doğru təqvimi vərəqlədikcə insan sanki rabitənin tarixinə səyahət edir. Bununla da təqvim eyni zamanda maarifləndirici funksiyanı da çox uğurla yerinə yetirmiş olur.