İllik hesabatlar bir şirkətin və ya qeyri-kommersiya təşkilatının bir il ərzindəki fəaliyyətinin ümumi icmalıdır. İllik hesabatlar çox vaxt A4 formatında hazırlanır, qrafiklərlə, diaqramlarla, şəkillərlə, cədvəllərlə zəngin olur.
Kataloqlar şirkətin bazara təqdim etdiyi bütün məhsullar haqqında informasiyanı özündə əks etdirir. Bir qayda olaraq kataloqlarda verilən informasiyalar daha əhatəli olur. Kataloqlarda şəkillərdən, cədvəllərdən də istifadə olunur. Kataloqlar müxtəlif formalarda hazırlana bilər.